“Kürk geyinməkdənsə, çılpaq gəzərəm” – Foto
Bizi izləyin

Tabloid.az

“Kürk geyinməkdənsə, çılpaq gəzərəm” – Foto

"Kürk geyinmərəm", - dedi və soyundu

PETA-nın (heyvan haqlarını müdafiə edən təşkilat) “Kürk geyinməkdənsə, çılpaq qalaram” şüarı ilə kampaniya başladıb. Kampaniyaya dünya şöhrətli müğənni Pink dəstək verib. Müğənninin çılpaq fotosunun yer aldığı afişa ilə Nyu-York moda həftəsinə damğa vurub. Afişanın altında isə “Öz dərinizin içində rahat olun və qoyun heyvanlar da öz dərilərinin içində qalsınlar” sözləri yer alır.

Afişa moda həftəsinin başlayacağı gün Nyu-Yorkun ən bahalı reklam bölgəsində, 27 metrlik billbordda yerləşdirilib. PETA-nın məqsədi heyvanların kürk üçün işgəncə ilə öldürülməsinin qarşısını almaqdır.

Pink məsələ ilə bağlı açıqlama verib. O, əvvəllər kürk geyindiyi üçün çox peşman olduğunu bildirib:

“Kaş heç vaxt kürk geyinmədiyimi deyə bilsəydim. Amma təəssüf ki, eqoist olduğum və kürk geyindiyim dövrlər olub. Artıq gözüm açılıb və kürkü boykot edirəm. Hər kəsin moda uğruna bu heyvanların necə dəhşətli əzablara məruz qaldığını öyrənməsini istəyirəm”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm