Məlahət: “Xainsiniz, özündən razı, ayrı-seçkilik qoyan və faşistsiniz!”
Bizi izləyin

Tabloid.az

Məlahət: “Xainsiniz, özündən razı, ayrı-seçkilik qoyan və faşistsiniz!”

Məlahət: “Xainsiniz, özündən razı, ayrı-seçkilik qoyan və faşistsiniz!”

Türkiyənin solçu mövqeyi ilə tanınan və “online” fəaliyyət göstərən “Radikal” qəzetinin köşə yazarı Bülent Eriş “O səs Türkiyə” yarışmasında birincilik qazanan həmyerlimiz Elnur Hüseynovu kobud formada təhqir edib. Tabloid.az xəbər verir ki, köşə yazarının Elnur Hüseynovu bir itə bərabər tutması Azərbaycanda birmənalı qarşılanmayıb. Məsələyə 24 ildir Türkiyədə yaşayan, İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kimi fəaliyyət göstərən sənətçimiz Məlahət Abbasova da kəskin münasibət bildirib. Sevilən sənətçimiz etirazını “Radikal” qəzetinin redaksiyasına göndərib. Həmin məktubu özünün “Facebook” profilində də paylaşan M.Abbasova yazıb:

“Elnur Huseynovun “O ses Turkiye”də birinci olması, görünür, bəzilərini yaman narahat edib. Belə olmasaydı, faşist mövqeli yazıları manşet etməzdilər (“Radikal” Bülent Eriş). Faşizm mövqeyindən yazılan bir yazı olub. 24 ildir ki, Türkiyədə yaşayan bir azərbaycanlı olaraq bu avam, cılız, yekəxana, qısqanc, ayrı-seçkilik dərəcəsində yazılan bu yazı məni çox üzdü. Ağlıma, Azərbaycanın 2011-ci ildə “Eurovision” qalibi Nigar Camalın səhnəyə əlində Türkiyə bayrağı ilə çıxdığı an gəldi. Həmin vaxt elə təsirlənmişdim ki, ağlamışdım. Bütün Azərbaycan xalqı Nigarın bu hərəkətini alqışla qarşılamışdı. Hətta TRT-nin diktoru da canlı efirdə bu olaydan təsirlənib ağlamışdı. Bunu da bütün dünya izləmişdi. O zaman Azərbaycan Bülent Erişin indi “Elnurdan mənə nə?” yazdığı kimi “Türklərdan bizə nə?” demədi. Nə oldu, axı, siz humanist idiniz? Bir erməni öldürüləndə, “Hamımız erməniyik” pankartı ilə küçələrə tökülürdünüz. Amma bir azərbaycanlının sənətsevər türk xalqının səsi ilə birinci olmasını həzm edə bilmirsiniz… Bu yarışma beynəlxalq xarakter daşımadığı üçün Elnur türk xalqının göndərdiyi səsvermə ilə birinci oldu. Onu Türk xalqı birinci etdi. Onun birinciliyini Ebru Gündeşə, Rza Zərraba, “dərin dövlət” hesab etdiyiniz Acuna bağlamağınız gülüncdür. Elnurun birinci olmasını yarışmada nə zamansa, birinci olan Max adlı itlə müqayisə edirsiniz. Sizin sənətə və sənətçiyə verdiyiniz dəyər budur? Belə çıxır ki, Məryəm Üzərliden, Karolindən, Kokodan tutmuş, ölkə xaricindən gəlib burada aktyor kimi fəaliyyət göstərən Mehmet Günsür, Kərəm Bursindən, futbol komandalarına pul ilə alınan və türk futbol komandalarına birincilik gətirən əcnəbi oyunçular üçün də eyni şeyi düşünürsünüz? Bir sənət adamını köpəklə eyni tutmaq nə deməkdir? Bu yazınızla Azərbaycan xalqını, Elnura səs verən türk xalqını yaraladığınızın fərqində deyilsiniz? Xainsiniz, özündən razı, ayrı-seçkilik qoyan və faşistsiniz! 24 ildir Türkiyədəyəm. Bu illər ərzində gözəl insanların sayəsində çox gözəl bir mərtəbədəyəm. Ailəm hesab etdiyim İstanbul şəhər Bələdiyyə Teatrındayam. Şükür ki, sizin kimi faşizmi aşılayan, bu düşüncədə olan insanlar azdır. Yoxsa Türkiyəni ikinci vətəni görən bizlərin işi çox çətin olardı… Bu avam, faşist düşüncəsi, məntiqi ilə yazılan yazınızdan dolayı, türk xalqından, Azərbaycan xalqından, ən əsası, möhtəşəm səsi ilə birinciliyi halallıqla qazanan Elnurdan üzr istəyəcəksiniz”.

Qeyd edək ki, “Geçmişte köpek Max, bugün Azeri Elnur” başlıqlı məqalədə “Türkiyənin ən böyük istedadı bir it olmuşdu, bu gün isə Türkiyənin “O səsi”ni bir azərbaycanlı qazandı. Türkiyə musiqisi üçün bundan utancverici bir gün olmamışdı”- deyə, köşə yazarı qeyd edib:

“O səs Türkiyə”yə çox gözəl səslər gəlib. Bu dəfə isə maraqlı hadisələr baş verdi. Türkiyənin, bu torpaqların “O səsini” özgə birisi qazandı. Azərbaycanlı Elnur bu ölkənin 200 övladını geridə qoyaraq, birinci oldu. “Olmaz belə, ayrı-seçkilik, irqçilik edirsən”, - deyəcəksiniz. Amma mən buna “Yox, etmirəm, etmərəm, lakin Elnur qalib gələ bilməz, qalib gəlməməli idi”- deyirəm.

Bülent Eriş daha sonra Ebru Gündeşin komandasında olan Elnurun yarışda qalib gəlməsini Ebrunun həyat yoldaşı biznesmen Rza Zərrabın qalibiyyəti kimi qələmə verib. Bununla da Elnurun birinci olmasına şübhə ilə yanaşdığını deyib. Qeyd edək ki, Max ləqəbli it bir müddət əvvəl Türkiyənin “Yetenek sizsiniz” verilişində qalib elan edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm