Smartfon işlədənlərin nəzərinə!
Bizi izləyin

Texnoloji

Smartfon işlədənlərin nəzərinə!

Google axtarış sistemi Google Play Store əlavələr dükanından pirat kontentini silməyə başlayıb.

Publika.az xəbər verir ki, dükan rəhbərliyi bu aydan etibarən pirat kontenti ilə bağlı olan əlavə proqramları silmək haqda qərar qəbul edib.

Google Play Storeun pirat siyahısına düşən ilk əlavələr arasında The Pirate Bay Proxy, The Pirate Bay Premium, The Pirate Bay Mirror və PirateApp proqramları olub.

İnternet-korporasiyanın nümayəndələri bildiriblər ki, yuxarıda göstərilən əlavə proqramların silinməsi pirat məhsullardan qurtulma üzrə kampaniyanın başlanğıcıdır. Proqram silinəndən sonra, Google pirat əlavələrin yaradıcılarına qəbul edilən bu qərarın səbəblərini bildirirlər.

Googleun yaydığı rəsmi məlumata əsasən, intellektual mülkiyyət hüquqlarını və Google Play Storeda ümumi kontentin yerləşdirilməsi siyasətini pozan proqramlar silinməyə məruz qalacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm