‘Facebook’ nə zaman evlənəcəyinizi təxmin edir - Sosial şəbəkədə yenilik
Bizi izləyin

Texnoloji

‘Facebook’ nə zaman evlənəcəyinizi təxmin edir - Sosial şəbəkədə yenilik

Tətbiq istifadəçilərin nə zaman evlənəcəyini təxmin edir

Sevgililər günü ərəfəsində Facebook üçün bir tətbiq hazırlanıb. Tətbiq istifadəçilərin nə zaman evlənəcəyini təxmin edir.

ABŞ-ın “Time” jurnalının formalaşdırdığı tətbiqi Facebook-a daxil edən istifadəçilər nə zaman evlənəcəklərini görə bilərlər. Tətbiq əvvəlcə istifadəçilərin yaşlarına, daha sonra isə dostluq siyahısındakı evli insanlara baxaraq, onların evlilik tarixləri ilə doğum tarixlərini tutuşdurub bir təxmin formalaşdırır.


Fərz edək ki, dostluğunuzda olan 250 nəfərdən 50 nəfəri evlidir və bu dostlarınızın orta evlilik yaşı 29-dur. Siz 27 yaşınızdasınızsa, tətbiq 2 il sonra sizin evlənəcəyinizi təxmin edir.


Beləliklə, istifadəçilər bu tətbiqlə dost siyahılarındakı neçə nəfərin evli olduğunu öyrənir, özlərinin də evlənmə yaşlarını təxmin edirlər. (Azadlıq Radiosu)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm