Ovucun içinə yerləşən kompyuter - FOTO
Bizi izləyin

Texnoloji

Ovucun içinə yerləşən kompyuter - FOTO

ABŞ-ın “HP” şirkəti xokkey şaybası ölçüsündə miniatür kompyuter istehsal edib. Hündürlüyü 5,2 santimetr olan “HP Pavilion Mini Desktop” və “Stream Mini Desktop” modellərinin çəkisi 600 qramdır.

Əlin içinə asanlıqla yerləşən qurğular “Windows 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və “Intel Core i3” prosessorlarını dəstəkləyir. Onlara “DisplayPort” və “HDMI” portları vasitəsilə ikiyədək monitor qoşmaq mümkündür.

Modellərdə həmçinin “Wi-Fi”, “Bluetooth” və dörd “USB” çıxışı yer alıb.

Qiyməti 320 dollar olan “HP Pavilion Mini Desktop” modeli 45 Vatt enerji sərf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm