Texnoloji
“Bakı-2015” alov veb-saytının mobil versiyasını təqdim edib
“Bakı-2015” çoxsaylı mükafat qazanmış alov veb-səhifəsinin uğurunun davamı olaraq həmin saytın mobil versiyasını hazırlayıb.
Yeni mobil versiya həm Azərbaycan, həm də ingilis dillərində fəaliyyət göstərir. Saytda birinci Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar yerləşdiriləcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin ediləcək. Yeni versiyanı iOS, Android, Windows Phone platformalarından yükləmək mümkündür.
İstifadəçilər mobil versiya vasitəsilə “Bakı-2015”-in bütün yarışlarını canlı izləyə biləcək, obyektlər, idman növləri və Oyunlarda iştirak edəcək 6 mindən çox atlet haqqında geniş məlumat əldə edəcəklər.
Avropa Oyunlarına ev sahibliyi edən şəhəri ən yaxşı şəkildə göstərən “Bakıda coşqu” veb-saytı (Bu ünvandan daxil ola bilərsiniz: biginbaku.com) versiyada xüsusi sosial media bölməsi kimi təqdim edilir.
Qeyd edək ki, istifadəçiləri Avropa Oyunlarının təntənəli məşəl estafetinə, virtual alov səyahətinə dəvət edən “Bakı-2015”in ən müasir alov veb-saytı (flame.baku2015.com) fəaliyyət göstərdiyi aprelin 26-dan etibarən üç mükafat qazanıb. “Dünyada ən yaxşı veb dizaynerlərinin, tərtibatçıların və agentliklərin istedad və səyini tanımağa” çalışan “Awards”ın münsiflər heyəti səhifəni mayın 30-da günün saytı adlandırıblar. “Awards” rəqəmsal dünyada iki ən mühüm yeniliklərdən biri hesab olunur və alov saytı bu ilin sonunda “Dünyada ən yaxşı 365 veb-sayt” illik nəşrinə daxil ediləcək.
SAM mükafatından iki gün əvvəl eyni tanınmanı əldə edən alov mayın 18-də “Günün saytı” mükafatına layiq görülüb.
Sayt Azərbaycanda yeganə virtual səyahətdir və istifadəçilər “Bakı-2015” alovunun səyahəti boyunca özlərinin sevdikləri şəkillərini buraya yükləyə bilərlər. Geniş sosial medianın iştirakı ilə birləşən ən son rəqəmsal dizayndan istifadə olunan sayt ölkə daxilində və onun hüdudlarından kənarda - qitə ictimaiyyətində və idmansevərlərində birinci Avropa Oyunlarına marağı daha da artırır.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ