Nida.az
MSK şikayətlərə baxdı: Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmadı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən
iclasında komissiyaya daxil olmuş müraciətlərə
baxılıb.
Publika.az xəbər verir ki, MSK katibi Arifə
Muxtarova bildirib ki, 77 saylı Astara seçki dairəsindən öz
təşəbbüsü ilə namizədliyini irəli sürmüş Mikayıl Talıbov müvafiq
dairə seçki komissiyası (DSK) tərəfindən namizədliyinin qeydə
alınmamasından şikayət edib.
MSK-nın işçi qrupu araşdırma zamanı M. Talıbovun təqdim etdiyi
imzalardan 469-nun etibarlı olduğunu müəyyən edib. MSK M. Talıbovun
namizədliyinin qeydə alınması, DSK-nın qərarının ləğvi barədə qərar
verib. MSK 77 saylı Astara seçki dairəsindən öz təşəbbüsü ilə
namizədliyi irəli sürülmüş Namiq Hacızadənin namizədliyinin müvafiq
DSK tərəfindən qeydə alınmaması barədə şikayətini də əsaslı sayıb,
DSK-nın qərarının ləğvi və N. Hacızadənin namizədliyinin qeydə
alınması barədə qərar verib.
MSK 21 saylı Nəsimi birinci seçki dairəsindən Müsavat Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Məzahir Məmmədov, 84 saylı
Füzuli seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli
sürülmüş Məhəmməd Həsənov, 19 saylı Nərimanov birinci seçki
dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş AXCP
Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Baxşəliyev
(Tanrıverdioğlu), 19 saylı Nərimanov birinci seçki dairəsindən öz
təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Pərviz Səmədov, 26 saylı
Sabunçu birinci seçki dairəsindən Ümid Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş Müsavat başqanının sabiq müşaviri Yeganə
Hacıyeva və 66 saylı Biləsuvar seçki dairəsindən Müsavat Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş partiyanın Biləsuvar
təşkilatının sədri Yusif Mehdinin namizədliyinin müvafiq DSK-lar
tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb,
DSK-ların qərarlarını qüvvədə saxlayıb.
MSK 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən Ümid Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş partiyanın Gəncə şəhər
təşkilatının sədri Salman İmanlının namizədliyinin müvafiq DSK
tərəfindən qeydə alınmaması barədə şikayətinə də baxıb. MSK-nın
işçi qrupu S. İmanlının sahibkar kimi gəlirlərini gizlətdiyi üçün
namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə
saxlamağı zəruri sayıb.
MSK üzvü Akif Qurbanov isə bildirib ki, Şəmkir Ərazi Vergilər
İdarəsi S. İmanlıya müvafiq arayış verməyi gecikdirdiyi üçün S.
İmanlı bu arayışı zamanında DSK-ya təqdim edə bilməyib. MSK üzvü
Qabil Orucov S. İmanlının şikayətində bu məqamın yer almadığını,
müvafiq sənədin təqdim olunmadığını vurğulayıb. MSK DSK-nın
qərarını qüvvədə saxlayıb, S. İmanlının namizədliyi qeydə
alınmayıb.
İclasda 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən “Azadlıq” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin müvafiq seçki dairəsi tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.
43 saylı DSK M. Mirəlioğlunun təqdim etdiyi imzalardan 114-nü
etibarsız sayaraq namizədliyini qeydə almayıb.
MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, MSK-nın işçi qrupu şikayəti
araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş
imzalardan 129-u etibarsızdır. MSK M. Mirəlioğlunun namizədliyinin
qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə saxlayıb.
Asif
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO