Azərbaycanlı ABŞ-dan yarım milyonluq avtomobil aldı - FOTO
Bizi izləyin

Avtopublika

Azərbaycanlı ABŞ-dan yarım milyonluq avtomobil aldı - FOTO

Azərbaycanlı ABŞ-dan yarım milyonluq avtomobil aldı - FOTO

Avtomobil artıq Azərbaycan gömrüyünü keçərək ölkəyə daxil olub və sifarişçiyə çatdırılıb.

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan "Hennessy" şirkəti Azərbaycandan olan müştərinin sifarişi əsasında "Mercedes-Bens Gelandewagen G63 AMG" avtomobilini yenidən yığıb.

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ mətbuatının verdiyi məlumata görə, sifarişçinin istəyi əsasında 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.

Həmçinin sifarişçinin istəyinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində onun eksklüziv olduğunu göstərən yeniliklər edilib.

Amerikalı tüninqçilər avtomobilə həmçinin yeni təkər və disklər qoyub. Amerikanın avtomobil saytlarının birində yer alan xəbərə görə, avtomobil artıq Azərbaycan gömrüyünü keçərək ölkəyə daxil olub və sifarişçiyə çatdırılıb.

Xəbərdə o da vurğulanır ki, 2014-cü ilin modeli olan "Mercedes-Bens G63 AMG" avtomobillərinin "Hennesy" şirkəti tərəfindən tüninq edilmiş variantının qiyməti 500 min dollara qədər çıxa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm