Meyvəli şokolad topları - RESEPT
Bizi izləyin

Mətbəx

Meyvəli şokolad topları - RESEPT

Ərzaqlar:

350 qram tünd şokolad

200 qram quru əncir və ya tumları çıxarılmış xurma

2 ədəd yaşıl alma

150 qram meyvəli müsli

100 qram duzsuz badam

100 qram duzsuz püstə

50 qram hindqozu

1 ədəd portağal

2 ədəd kivi

Hazırlanması:

Şokoladı əridin. Quru meyvələri xırda-xırda doğrayın. Portağalın qabığını rəndələyib müsli və quru meyvələrlə birgə şokolada əlavə edin. Quru meyvələri şokoladla bir müddət yoğurduqdan sonra badam və fıstıqları əlavə edib bir də qarışdırın.

Sonrakı mərhələdə kivini soyub başqa bir boşqaba düzün. Sonra deserti qoz böyüklüyündə yumurlayaraq hind qozuna bulayın və kivi üzərinə yerləşdirin. Soyuducuda saxladıqdan sonra servis edin.

İstəyə görə topları ayrıca ərinmiş şokolada da bulaya bilərsiniz. Bir sözlə, topları bəzəməyi öz zövqünüzə buraxırıq.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm