FHN torpaq altında qalan fəhləni xilas etdi
Bizi izləyin

Hadisə

FHN torpaq altında qalan fəhləni xilas etdi

Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, hadisə nəticəsində 1 nəfər fəhlə torpaq altında köməksiz vəziyyətdə qalmışdır.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:12-də başa çatmışdır;

Oxumağa davam et
Reklam
Reklam

Gündəm