“Putin qane olana qədər Türkiyədən qisas alacaq”
Bizi izləyin

Nida.az

“Putin qane olana qədər Türkiyədən qisas alacaq”

“Rusiya bundan sonra Türkiyə ilə deyil, NATO ilə müharibə aparacaq”.


Bunu Publika.az-a açıqlasmasında beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev deyib.


Onun sözlərinə görə, beynəlxalq təcrübədə sırf belə məsələ ilə bağlı müharibə baş vermir: “Yəni bunun danışıqlar yolu ilə həlli üçün mexanizmlər mövcuddur. Əvvəlcə BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır. Təhlükəsizlik Şurasından kənara çıxaraq addım atmaq mümkün deyil. Buna görə də Rusiya istəsə belə müharibə elan edə bilməz. Digər tərəfdən, Rusiya bundan sonra Türkiyə ilə deyil, NATO ilə müharibə aparmalı olacaq”.

Ekspert qeyd edib ki, Rusiyanın Türkiyəyə qarşı addımları başqa formada ola bilər: “İqtisadi əlaqələri kəsə bilər. Suriyada Türkiyə maraqlarına qarşı addımlar ata bilər. Artıq Suriyaya yardım aparan TIR-ları vurdu, türkmanlara qarşı hücumları artırdı”.


F. Mehdiyev hesab edir ki, bu vəziyyət Rusiya prezidenti Vladimir Putinin qane olmasına qədər davam edəcək: “Putin qane olana qədər Türkiyədən qisas alacaq. Nə vaxt Putin ona atılan şillənin cavabını verdiyini düşünsə, o zaman, vəziyyət sakitləşəcək. Amma Türkiyə ilə münasibətlər yoluna qoyulsa belə, Rusiya Suriyada Əsədə qarşı olan qüvvələrə hücum etməyini dayandırmayacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm