Azərbaycanda internet niyə kəsilmişdi? - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda internet niyə kəsilmişdi? - RƏSMİ

"Noyabrın 6-da Azərbaycanda internet kəsintisi ilə bağlı lazımi addımlar atılıb və bu gün Azərbaycanda stabil internet yayımı mövcuddur. Bütün işləri görülüb ki, bir daha belə hadisə baş verməsin".

Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E. Vəlizadə bildirib ki, aparılmış və davam edən işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha yüksək səviyyəyə qalxacaq, bir daha belə hallar baş verməyəcək.

Nazir müavini noyabrın 6-da "Delta-Telekom"da baş verən hadisənin araşdırılmasının başa çatdığını da açıqlayıb: "Araşdırmalar göstərdi ki, internet kəsintisi sırf texniki problemlə bağlı olub, hansısa qəsd, yaxud təxribat hadisəsi aşkarlanmayıb. Bunu birmənalı demək olar". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm