Digər
İsti iqlimdə soyuq cəbhə: Əliyev Putinlə Ərdoğanı barışdıra bilər
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bu gün işinə başlayan İqlim Dəyişikliyi üzrə Paris Konfransında görüşü sual altındadır.
Publika.az xəbər verir ki, Ərdoğan Rusiya
rəhbərliyi ilə yaranmış vəziyyəti müzakirə etmək istədiyini
açıqlayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ərdoğanın iqlim
konfransında Putinlə görüşmək niyyətindən xəbərdar olduqlarını
bildirir. Lakin nə Uşakov, nə də Putinin mətbuat katibi Dmitri
Peskov prezidentlərin görüşəcəyini təsdiq etməyiblər.
Əvəzində, Kreml Putinin Obama ilə görüşünü istisna etməyib,
həmçinin İsrail baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi
deyilir.
Türkiyə-Rusiya münasibətlərinin pozulması fonunda diqqət çəkən
məqam İsrailin Moskvadan yana çıxış etməsidir.
“Suriya əməliyyatlarında iştirak edən Rusiya təyyarəsi bu
yaxınlarda İsrailin də hava məkanını pozdu. Lakin bu məsələni
diplomatik yolla həll etdik. Bu, pilotun səhvi idi. Əslində Rusiya
təyyarəsi bizə hücum etmək istəmir. Bu baxımdan, təyyarəni
vurmaqdansa, danışıqlar aparıb məsələni həll etmək yaxşı
olardı”.
İsrailin müdafiə naziri Moşe Yaalon bu sözlərlə faktiki olaraq
Kremli dəstəklədiklərini bəyan edib.
“Kommersant” nəşri yazır ki, Türkiyə münasibətlərin yoluna
düşməsinə çalışır: “Çünki hər iki ölkə bir-biri üçün əhəmiyyətli
olduğunu anlayır. Rusiya-Türkiyə münasibətlərindəki böhran
bütövlükdə dünya siyasətinə təsir göstərir. Artıq Azərbaycan
Prezidenti İlham Əliyev iki ölkə arasında vasitəçi rolunu oynaya
biləcəyini qeyd edib. Güman ki, Əliyev bu məsələdə sülh tərəfdarı
olaraq çıxış edəcək. Ötən həftə sonu Bakıya gələn Mövlud Çavuşoğlu
da Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini açıqlamaqla
yanaşı, bu dəfə daha təmkinlə danışdı”.
Nəşr hesab edir ki, Prezident İlham Əliyev iki ölkə arasındakı
münasibətlərin kəskinləşməsində maraqlı deyil: “Bu baxımdan,
Azərbaycan Prezidenti hər şeyin yoluna qoyulması üçün səylərini
əsrigəməyəcəyini bəyan etdi. Ehtimal ki, yaxın vaxtlarda energetika
məsələləri ilə bağlı müzakirələr yenidən bərpa oluna bilər”.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."