Dünya
İran məclisinə 17 qadın seçilib
Iranda 17 qadın deputat seçilib. ANS PRESS-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, 13 qadın deputat parlament seçkilərinin fevralın 26-da keçirilən ilk turunda seçilib, daha 4 nəfər isə ötən gün baş tutan seçkilərin ikinci turunda parlamentdə yer alıblar.
Eskpertlər fikirincə, parlamentdə qadın-deputatların olması İran cəmiyyətində qadınların ümumi durumunu yaxşılaşdırmağa imkan verəcək.
"Bizim əsas məqsədlərimizdən biri qadınların kişi siyasətçilər arasında örnək olmasıdır", - deyə Tehrandan deputat seçilən qadın bildirir.
Bundan əvvəl İran tarixində parlamentdə qadınlar ən çox yərə 5-ci çağırışda sahib olmuşdular. O zaman qadın millət vəkillərinin sayı 14 idi. Lakin bu rəqəm siyasi abu-havaya görə azalmışdı və parlamentin 9-cu çağırışında sadəcə 10 qadın-deputat var idi. Ümümilikdə isə son 9 parlamentlərin tərkibində 78 qadın olub.
Bu dəfə ki, 10-cu çağırış parlamentindəki qadınların bir çoxu islahatçılar düşərgəsinə və ya müstəgil namizədlərə aiddirlər.
İran İslam Respublikasının bir palatalı parlamenti 290 deputatdan ibarətdir (18 fevral 2000-ci ilədək 270 deputatdan ibarət olub - red. ). Deputatlar ümümxalq səsverməsi yolu ilə 4 illik müddətə seçilirlər. Məclis qanunlayihələrinin və büdcənin tərtibatı, beynəlxalq sazişlərin ratifikasiyası ilə məşqul olur.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO