Magazin2
Məşhur rejissordan sərt tənqid: “Kira Naytli istedadsız aktrisadır”
“Bir dəfə” və “Sing sreet” filmlərinin məşhur rejissoru Con Karney “The İndependent” qəzetinə verdiyi müsahibədə dünya şöhrətli Hollivud ulduzu Kira Naytlinin istedadsız aktrisa olduğunu deyib. Məşhur rejissor 2013-cü ildə “Yenidən başla” filmində birlikdə çalışdığı aktrisadan danışarkən “Daha supermodellərlə işləməyi düşünmürəm” deyib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı rejissorun bu açıqlaması mətbuatda böyük səs-küy yaradıb.
Karney əsl aktyorlarla işləməyə üstünlük verdiyini deyib: “Həmin aktyorlarla işləməkdən zövq almalı və onu növbəti filmlərimin birinə dəvət etməyi arzulamalıyam. Kiranın arxasınca daim böyük ordu gəzir. Hara getsə, onu təqib edirlər və Kiranın buna yol verməsi mənim işimi çətinləşdirir. Kiranın aktrisalıq qabiliyyətinə şübhəm var. Bir aktrisa ilk növbədə dürüst və tənqid etməyi bacaran biri olmalıdır. Kiranın bütün bunlar üçün hazır olduğunu düşünmürəm. Film ərzində ona mahnı söyləməyi və gitara çalmağı öyrətməyə çalışdım. Ancaq o bir musiqiçi kimi görünmək istəmədi və rolunun öhdəsindən gəlmədi”.
Aytən
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ