Roma Papası İstanbuldakı terroru pislədi
Bizi izləyin

Dünya

Roma Papası İstanbuldakı terroru pislədi

Roma Papası Fransısk İstanbul Atatürk Hava Limanında törədilən terror aktını pisləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dini lider Tanrıdan sülh yolunda onların addımlarına dəstək verməyi xahiş edib.

“Dünən gecə İstanbulda törədilən terror aktında çoxlu insan öldürülüb və yaralanıb. Qurbanlar, onların ailə üzvləri və əziz türk xalqı üçün dua edək”, - Papa Fransiskin müraciətində deyilir.

Qeyd edək ki, dünən axşam saatlarında İstanbul Atatürk Hava Limanında terror aktı törədilib. Son məlumatlara görə, terror aktı nəticəsində 41 insan həlak oldu, 239-u yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm