Bakıda maşın bazarında yanğın - FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda maşın bazarında yanğın - FOTO/VİDEO (YENİLƏNİB)

Bakının Nizami rayonu ərazisində yerləşən Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.

Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm