Adriana Limanı ideal formada saxlayan sadə resept
Bizi izləyin

Gözəllik

Adriana Limanı ideal formada saxlayan sadə resept

Məşhur alt paltarı brendi “Victorias Secret"-in mələyi – Adriana Lima ideal formada qalmaq üçün hər gün yaşıl smuzi (müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı koktey) içir.

Publika.az xarici mətbuata istinadən xəbər veirr ki, Adriana Lima 2 uşaq anası olsa da, hər zaman ideal çəkidə qalmağı bacarır. Məşhur top-model etiraf edir ki, ideal çəkisini qorumaq üçün saatlarla məşq edir. Bundan əlavə hər səhər yuxudan duran kimi yaşıl smuzi hazırlayır. Bu smuzi gün ərzində ona gümrahlıq və enerji verir, metabolizmi sürətləndirir, tərkibindəki faydalı vitaminlər isə dərisinin təravətli qalmasına kömək edir.

Smuzi sadəcə 3 inqrediyentdən: soyuq su, avokado və baldan ibarətdir. Suyu, avokadonu və balı blendrə töküb krem konsistensiyasına qədər qarışdırın və hər səhər acqarına için.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm