Jurnalistlər belə mükafatlandırıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər belə mükafatlandırıldı - FOTOLAR

“Üçüncü sektor” İctimai Birliyi “Mətbuatın Dostu” mükafatının ənənəvi təqdimat mərasimini keçirib. Təqdimat mərasimi Milli Mətbuat günündə təşkil edilib.

Publika.az xəbər verir ki, Milli Mətbuat 141-ci il dönümə həsr edilən tədbir tanınmış aparıcılar Sədaqət Rəşidqızı və Zabir Əliyevin aparıcılığı ilə baş tutub.

S.Rəşidqızı milli mətbuatın keçdiyi uzun və şərəfli yoldan və jurnalistikanın inkişafına göstərilən dövlət qayğısından söz açıb.

Daha sonra müxtəlif sahələr üzrə fəaliyyət göstərən jurnalistlərə diplom və hədiyyələr təqdim olunub.

Mükafatçılar sırasında İlhamiyə Rza, İlhamə Novruzova, Mehman Mehdiyev, Lamiyyə Ələkbərqızı, Vüsalə Kərimova, Vüqar İmanov, Tahirə Məmmədqızı, Aynur Hacıyeva, Şahin Cavadsoy, Türkan Məmmədli, Fuad Mədətov, Mətanət Şamilqızı, Zümrüd Güləliqızı, Anar və Publika.az-ın əməkdaşı Cəvahir Səlimqızı da var.

Qeyd edək ki, tanınmış sənətçilər media mənsublarını musiqilərlə salamlayıblar.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm