Qoroskop
ŞOK: NASA Allahın İQAMƏTGAHINI TAPDI - FOTOLAR/VİDEO
1994-ci ildə "Hubble" kosmik teleskopu kosmosda açıq-aşkar üzən süni, nəhəng obyektin fotosunu çəkib. NASA-nın əməkdaşları onu Allahın iqamətgahı adlandırıb. ABŞ rəhbərliyi bu hadisəni gizli saxlamaq qərarı qəbul etsə də, məlumatlar üzə çıxıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 1994-ci ilin dekabrında NASA mütəxəssisləri "Hubble" kosmik teleskopu tərəfindən çəkilmiş fotoları əldə edib. Şəkillərin birindəki kiçik tutqun ləkəyə oxşar hissə alimlərdə böyük maraq doğurub. Onun mövcudluğunun izahını nə Yerə ötürülən siqnallarla, nə də optik effektlərlə izah etmək mümkün olmayıb.
Şəkillərdə alimlər təbiətin şah əsəri hesab edilə biləcək, çox düzgün tikilmiş və güclü işıq saçan konstruksiya aşkar edib. Obyektin ölçüləri barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb, hətta obyekt o qədər böyük olub ki, milyardlarla kilometr uzunluqda olan konstruksiyaya "böyük" və "nəhəng" sözləri də uyğun gəlmir. Alimlərin sözlərinə görə, bizim planetimiz bu şəhərin küçəsində cəmi-cümlətanı qum zərrəsi ola bilərdi. Gördüyü şəkillərdən şoka düşən mütəxəssislər bu məlumatı gizlətməyə qərar verib və obyekti "Allahın iqamətgahı" adlandırıb. Bu fərziyyənin nə dərəcədə həqiqətə yaxın olduğunu isə heç kim bilmir.
Obyekti izləyən alimlər müəyyən ediblər ki, o, qalaktika ilə birlikdə Yerin ətrafında hərəkət edir. Bu, böyük partlayış nəzəriyyəsinə tamamilə uyğun gəlir. Partlayış nəzəriyyəsinə əsasən vaxtı ilə kainatda partlayış olub və həmin vaxtdan qalaktika müxtəlif istiqamətlərə uçub.
Mütəxəssislər kompüterlərin köməyi ilə kainatın bu konstruksiyasının modelini qurublar. Lakin onlar hazırlanmış modeldən bir daha şoka düşüb. Məsələ ondadır ki, bizim və bütün digər qalaktika nisbətən yerini dəyişir, amma "Allahın iqamətgahı" dəyişməz olaraq qalır. Çünki özü hər şeyin puç olduğu nöqtədə yerləşir. Beləliklə məlum olur ki, "Allahın iqamətgahı" kainatın lap mərkəzindədir.
Məlumatları məxfiləşdirmək
Bunu kosmosda aşkarlanan ən qəribə və mühüm məlumat kimi dəyərləndirən alimlər gəldikləri son nəticəni gizlətmək qərarına gəlib. Məsələ ilə bağlı Alber Qor və keçmiş prezident Bill Klinton müzakirə aparıb. Axırda qərara gəlib ki, bəşəriyyətin fikrini bu məlumatlarla qarışdırmaq lazım deyil. Onlar "Allahın iqamətgahı" ilə bağlı bütün məlumatların dərc olunmasına qadağa qoyub.
Buna baxmayaraq, məlumatları məxfi saxlamaq mümkün olmayıb. Belə ki, bir neçə astronomik laboratoriyalar şəkillərin surətini çıxarmağa macal tapıb. 1995-ci ilin əvvəllərində alman elmi jurnalların birində "Allahın iqamətgahı" haqqında fərziyyələr dərc olunub və bu məlumat dərhal bütün KİV-ə yayılıb. Aydın məsələdir ki, məlumatlar məxfi artıq ola bilməzdi.
Kosmosda nə tapılıb?
Nəzəriyyələrdə qıtlıq yoxdur. Hər maddədə Allahın iqamətgahı xarakteri haqqında izahlar verilib. Onlardan bir neçəsi bunlardır.
1. Bu yaşayış yeri həqiqətən Yaradanın iqamətgahıdır. Digər planetlərin və yerin ölmüş adamlarının ruhları burada toplaşır.
2. Obyekt - ən yüksək sivilizasiyanın təcəssümüdür. Əgər Kainatda başqa şüurlu varlıqlar varsa, ola bilsin ki, onlardan bəziləri o qədər yüksək səviyyəyə çatıb ki, belə miqyaslı süni obyektlər yaratmaq iqtidarındadır. Bu gün Yer ətrafında BKS uçur, 500 ildən sonra bəşəriyyət kosmosa nə buraxacaq?
Heç kim şübhə etmir ki, mütəxəssislər Allahın iqamətgahı ilə bağlı araşdırmaları bu illər ərzində də davam etdirir. Bəs niyə bu 20 il ərzində NASA alimləri daha bir sürpriz məlumat təqdim etməyib? Çoxsaylı istəklərə baxmayaraq, NASA bu məsələ ilə bağlı hər hansı yazı, şərh verməkdən qətiyyətlə imtina edir.
Aytən
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...