Obama: “Tramp dəfələrlə Putinə...”
Bizi izləyin

Dünya

Obama: “Tramp dəfələrlə Putinə...”

“Rusiyanın ABŞ-da keçiriləcək prezident seçkisi prosesinə təsir göstərməyə çalışacağı istisna edilmir”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib.

“İstisna etmirəm ki, Rusiya seçki prosesinə təsir göstərməyə çalışacaq. Hər şey mümkündür”, - Obama bildirib.

Dövlət başçısı ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunun qırılmasında Rusiyanın mümkün iştirakı ilə bağlı suala birbaşa cavab verməyib. Amma o, xatırladıb ki, ekspertlər kiber hücumda məhz Rusiya hakerlərindən şübhələnirlər: “Bizə məlumdur ki, rusiyalılar bizim elektron sistemlərimizi qırırlar. Yalnız hökumətin deyil, həm də şəxsi elektron sistemlərinə hücumlar edilir”.

Obama bildirib ki, Rusiyada respublikaçı namizəd Donald Trampın seçkiqabağı kampaniyası daha çox işıqlandırılır. Prezident xatırladıb ki, Tramp Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu dəfələrlə dilə gətirib.

Çərşənbə axşamı keçmiş dövlət katibi Hillari Klinton rəsmən Demokratlar Partiyasından prezidentliyə namizəd kimi təsdiq edilib.

Amerika KİV-inin yazdığına görə, Demokratlar Partiyasının elektron poçtunun qırılmasına Rusiyanın xüsusi xidmət orqanları cəlb oluna bilər. KİV-in fikrincə, Rusiya Klintonun seçkiqabağı kampaniyasına kölgə salmaqla prezident seçkilərində Trampa kömək etmək istəyir.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov isə dünən bu iddiaları şərh etməkdən imtina edib. Lavrovun sözlərinə görə, o, bunun üçün qeyri-etik leksikaya müraciət etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm