SOCAR-a məxsus trestdə QƏZA: 1 ölü
Bizi izləyin

Hadisə

SOCAR-a məxsus trestdə QƏZA: 1 ölü

İyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb. 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.

Namik Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm