Qırmızı.az
Bakının ən təhlükəli çimərliyi hansıdır?
“Bu il ərzində 99 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 68-i Dövlət Sularda Xilasetmə Xidmətinin nəzarətində olan çimərliklərdə, 31-i isə qeyri-çimərlik sahələrində olub”.
Bunu Publika.az-a açıqlamasında Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Elsəvər Həsənov deyib.
Son günlər batma təhlükəsi ilə üzləşənlərin artmasına gəldikdə, E.Həsənov bunu təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə əlaqələndirdi. Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, bu il də boğulma təhlükəsi ilə üzləşənlər əsasən gənclərdir: “Bu il batma təhlükəsi ilə üzləşənlərdən 30-u 16 yaşa qədər olan uşaqlardır. Buna səbəb isə valideynlərin diqqətsizliyidir. Nazirlər Kabinetinin “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında” əsasnaməsi var. Lakin insanlar həmin əsasnamədə qeyd olunan qaydalara riayət etmir. 13 yaşa qədər uşaqlar valideynlərinin nəzarəti altında olmalıdırlar. Böyüklər 170 sm-dən, 13 yaşa qədər uşaqlar isə 70sm-dən dərində üzə bilməzlər. Batma təhlükəsi ilə üzləşənlər arasında xilasedicilərin işini ən çox çətinləşdirən isə sərxoş şəxslərdir. Onları nəinki xilasedicilər, hətta ailə üzvləri belə çimərlikdən kənarlaşdıra bilmir. Bəzən çimərliyə gələnlər balıq ovlamaq istəyirlər. Bu da yolverilməz hal hesab olunur. Digər problem küləkli hava ilə əlaqədardır. Küləyin gücü 5, dalğanın gücü 3 bal olanda dənizə girmək olmaz. Belə havada batma təhlükəsi daha çox olur və dalğa onları qayalıqların altına salır, cəsədləri belə çox çətinliklə tapılır”.
E.Həsənov bu il ərzində ən çox batma təhlükəsinin Xəzər rayonu Şüvəlan qəsəbəsində Minqaya və Mayak sahillərində müşahidə edildiyini dedi:
“Ora qeyri-çimərlik sahəsi olduğuna görə, ərazidə nə təcili yardım, nə də xilasetmə xidməti olur. Batma təhlükəsinin daha çox olmasının səbəbi isə ərazinin qayalıq olmasıdır. Orada burulğan və sualtı axın olur. Bəzən suya baş vuranda daşa dəyib oradaca ölürlər. Heç onlarla birlikdə gələnlər belə həmin şəxslərin necə batmasından xəbərsiz olur. Günlərlə axtarışdan sonra onların cəsədlərinin qayalıqların arasından tapırıq”.
E.Həsənov onu da əlavə edib ki, hazırda respublika ərazisində 38 çimərlik ərazisində sularda xilasetmə əməkdaşları olur, onlardan 25-i Bakı, Sumqayıt və Abşeron yarımadasının payına düşür.
Gülxar
-
Kriminal23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin222:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə22:07
Bakıda uçqun oldu - Ölən var
-
Səhiyyə22:00
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda kimlər saxlanıldı? - YENİLƏNDİ
-
Sosial21:11
Bakıda diqqət çəkən "yolka"lı "Ferrari"nin sahibi o imiş - VİDEO
-
Hadisə19:10
Nəsimidəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı