Hadisə
Azərbaycanda toy karvanında DAVA: yaralı var
Dünən axşam saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 38 yaşlı Cəfərov Vasif İmanxan oğlu döyülərək xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
O, çənə və üz nahiyəsindən xəsarətlər alıb və əlamətlərinə görə, beyin travması almasına şübhə yaranıb. Sürücünün yaxınlarının deməsinə görə, o, tanımadığı şəxslər tərəfindən döyülüb.
Belə ki, zərərçəkən idarə etdiyi avtomobillə kəndin kənarından keçən yoldan evlərinə tərəf hərəkət edərkən, yolda hərəkət üstündə onunla yoldan keçən toy karvanında olan sürücülər arasında münaqişə yaranıb.
Nəticədə, həmin şəxslər Vasifi döyərək xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilmiş Vasif Cəfərovun bu gün qızının toyu olduğu üçün öz təkidi ilə xəstəxanadan müvəqqəti olaraq buraxılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. (virtualaz.org)
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO