“Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

“Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR/VİDEO (YENİLƏNİB)

“Sədərək” ticarət mərkəzində yanğın nəticəsində ümumi sahəsi 1200 m² olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan ümumi sahəsi 39 m² olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

***

11:19

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla əalqədar 5 nəfər təcili yardıma müraciət edib.

Bunu azvision.az-a Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının müdiri Rauf Nağıyev deyib.

O qeyd edib ki, xəstələrdən 3-ə hadisə yerində yardım göstərilib. 2 xəstə isə ətrafların kəsilməsi dianqozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

***

10:08

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

09.20

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Şahidlərin verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən Publika.az-a bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm