Rusiyalı ekspert: “Jirinoviski Azərbaycan xalqından üzr istəməlidir”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “Jirinoviski Azərbaycan xalqından üzr istəməlidir”

“Jirinoviski Azərbaycan xalqı qarşısında üzr istəməlidir”.

Publika.Az xəbər verir ki, bu barədə Rusiyada Regionlararası ictimai təşkilatın rəhbəri Saul Jukenova Dövlət Dumasının üzvü Vladimir Jirinoviskinin Azərbaycana qarşı səsləndirdiyi qeyri-etik fikirlərə, hədələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yüksək tribunalardan belə fikirlər səsləndirmək, jirinoviskilərə açıq meydan vermək millətlərarası gərginliyə səbəb olur.

“Xalqların tarixinə, mədəniyyətinə hörmət etmək Rusiya vətəndaşlarının, istər deputat olsun, istər sahibkar, istərsə tələbə, hamısının borcudur. Rusiya əzəldən millətlərin qardaşlığı ilə yaşayır. Rusiya xalqların ərazisidir. Ən qiymətli olansa tarix boyu xalqlarımızın, babalarımızın eyni çətin sınaqlardan birgə keçməsidir. Hesab edirəm ki, Rusiya üçün mədəniyyət, tərbiyə təkcə məktəblərdə öyrədilmir, bu dövlət miqyasında və Dövlət Dumasında da təbliğ edilir. Bu baxımdan hər kəsi ehtiyatlı olmağa, Jirinoviskini isə Azərbaycan xalqından üzr istəməyə çağırırıq”-deyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm