Orduda daha bir intihar
Bizi izləyin

Qırmızı.az

Orduda daha bir intihar

Orduda daha bir intihar

Azərbaycan Ordusunun əsgəri intihar edib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm