Qırmızı.az
Paytaxtda yarışa çıxan avtomobil sahibi Ziya Məmmədovun işçisi çıxdı - ÖZƏL - FOTOLAR
Məlum olduğu kimi Azərbaycan mediasında bir neçə gündür ki, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şosesində sürət yarışına çıxmağı ilə bağlı “virtualaz.org” xəbər saytının yaydığı xəbərlər müzakirə olunur.
Yayılan məlumatlarda “10 LZ 100” dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğlu iddia olunsa da, ancaq deputat Elton Məmmədov isə bu xəbərləri “böhtan” adlandırdı. O, hətta həmin avtomobillərin kimə məxsus olmasını da açıqlayıb. Deputat Aznews.az-a deyib ki, sözügedən "10 LZ 100” dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobil paytaxtın Nəsimi rayon sakini Bağırov Zaur Mətləb oğluna məxsusdur. E.Məmmədov Zaur Bağırovun qardaşı Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə heç bir əlaqəsi olmadığını da söyləyib.
Publika.az olaraq biz "10 LZ 100” dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma apardıq.
Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.
Hətta, deputat Elton Məmmədov ilə Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var.
Publika.az saytı həmin fotoları da oxuculara təqdim edir:
Vasif Həsənli
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...