Nida.az
İŞİD-dən azərbaycanlılarla bağlı açıqlama: “Azəri camaatı İslam dövlətinin...” - Şok
İŞİD tərkibində döyüşən azəri camaatı qruplaşmaya qarşı hazırlanan böyük hücumun qarşısını alıblar.
Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, terror qruplaşması azəri camaatının bu uğurunu qəhrəmanlıq kimi qeyd edir.
Məlumata görə, iki həftə öncə Türkiyə sərhədindən 600 nəfərlik
qüvvə ilə İŞİD-ə qarşı hücum gözlənilirmiş. Dəqiqləşdirilməmiş
məlumatlara görə, hücumda əsas qüvvə kürd qüvvələri təşkil edirmiş.
Bu hücum haqda kəşfiyyat məlumatları əldə edən azəri camaatı əmir
Əbu-Hənəfinin rəhbərliyi ilə qəhrəmancasına döyüşüb.
“Allah qardaşlarımıza qələbə bəxş etdi. Onlar 100-dən artıq kürd
kommunisti öldürdü. Daha doğrusu, 105 meyit aşkarlandı, lakin
öldürülənlərin sayının daha çox olduğu deyilir. Azəri camaatının
tərkibində əmir Əbu-Hənəfinin rəhbərliyi ilə döyüşənlərdən biri də
kürd əsilli Əbu-Tarikdir. O, pulemyotla kafirləri pərən-pərən etdi.
Bundan sonra Allahsızlar geri çəkildi. Azəri qardaşlarımız “İslam
dövləti”nin əsas dayaqlarından biridir, bunu onlar həmin döyüşdə də
göstərdi. Kim Allahın yolundadırsa, Allah ona qələbələr bəxş edir”,
deyə yayılan informasiyada bildirilir.
Lakin döyüşdə İŞİD tərəfindən vuruşanların öldürülməsi, yaxud
yaralanması haqda heç bir məlumat verilməyib.
Asif
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi