Bələdiyyə sədrini arı vurub öldürdü
Bizi izləyin

Qırmızı.az

Bələdiyyə sədrini arı vurub öldürdü

Kanada bələdiyyə sədrlərindən birini tətildə arı sancaraq öldürüb.

ANS PRESS-in məlumatına görə, Kanadanın Kvebek ştatına bağlı La Prairi şəhərinin 2003-ci ildən bəri bələdiyyə sədrliyi vəzifəsini icra edən Lusi Rousselin tətili xoş keçməyib. Stratford bölgəsindəki bağ evinə gedən bələdiyyə sədri orada çöl arılarının hücumuna məruz qalıb.

Bələdiyyə sədrinin mətbuat xidməti rəhbəri Şantal Şerron bildirib ki, 51 yaşlı Roussel 15 dəfə çöl arıları tərəfindən sancılıb və səhiyyə nümayəndələri hadisə yerinə çatana qədər o, dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm