Dünya
Partlayışa davamlı smartfon (FOTO)
Ekstremal şəraitlər üçün nəzərdə tutulan yeni smartfon
təqdim edilib.
ANS PRESS-in məlumatına görə, Norveçin "Pixavi" şirkəti tərəfindən
istehsal edilən "Impact X" adlı bu smartfon, ekstremal şəraitlərdə
istifadə üçün nəzərdə tutulub. Qurğunun işçi temperatur diapazonu
mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Ölçüləri 150×65×12 mm,
çəkisi 200 qr-dır.
Aparat "ATEX" və "IECEx" təlimatlarına uyğun sertifikatlaşdırılan
smartfon 2 metr hündürlükdən yerə düşməyə davamlıdır. "Impact X"
smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8
meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə
təchiz edilib. Ekrana 2 millimetrlik "Gorilla Glass 2" şüşəsi əlavə
edilib. Aparata "Android 4.2.2 Jelly Bean" platforması
quraşdırılıb.
Yeni qurğunun qiyməti 1-1,2 min dollar civarında olacaq.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir