Qırmızı.az
Sabiq məmurun qətlindən yeni xəbər
Bakının Nizami rayonunda keçmiş məmurun qətli ilə bağlı istintaq davam edir.
Bu barədə Teleqraf.com-a Nizami rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, bu ilin sentyabrın 1-də öldürülən 50 yaşlı Füzuli Haqverdi oğlu İsgəndərovun qətli ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyətə cəlb edilməsi üçün tədbirlər görülür. Hazırda cinayətlə bağlı axtarış aparılır.
Qeyd edək ki, sentyabr ayının 1-də Füzuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb.
Bununla yanaşı, qətlin digər təfərrüatları da məlum olub. Məlumat verilib ki, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.
Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Söhbət zamanı qadın, cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.
Xatırladaq ki, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy
edib. İstintaq canini məhz bu səbəbdən evdə külli miqdarda pulun
olacağını bildirərək, yönləndirən olduğunu ehtimal edir.
Füzuli İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin rəisi Arif Qaraşevin müavini vəzifəsində çalışıb.
Cinayət hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətli törədən şəxs 25 yaşlarında gənc oğlandır. Qatilin mərhumun ailəsi ilə yaxınlığı olduğu da ehtimal edilir. Hazırda polis tərəfindən də qatilin kimliyi müəyyən edilib. Hazırda onun tutulması üçün tədbirlər görülür.
Hacı Zeynalov
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu