Tabloid.az
Alim Qasımovun qızı görün Vyanada neylədi?
Əməkdar artisti Fərqanə Qasımova Vyanada təşkil olunan “Salam, Orient” (Salam, Şərq) festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edib.
Publika.az-ın məlumatına görə, Vyananın mərkəzində
yerləşən “Odeon” teatrında keçirilən konsertdən əvvəl çıxış edən
festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix rəhbərlik
etdiyi festivalda Azərbaycan musiqisinin yenidən səslənməsindən
məmnun olduğunu diqqətə çatdırıb.
Fərqanə Qasımova konsertdə “Dəli Kür” filmindən mahnı, “Dilkeş”
təsnifi, “Bayatı-Şiraz” muğam dəstgahı, bəstəkar Emin Sabitoğlunun
“Arzular” mahnısını, eləcə də Azərbaycan muğam musiqisinin digər
incilərini səsləndirib. İfaçını tarda Zəki Vəliyev, kamançada Rauf
İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev
müşayiət ediblər.
Sonra konsertə xüsusi qonaq qismində qatılan Alim Qasımov
tamaşaçıların təkidi və sürəkli alqışları ilə səhnəyə çıxıb və
Fərqanə Qasımova ilə birgə eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Azərbaycan xalq artisti, dünya şöhrətli muğam ifaçısı
Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Vyanaya səfərdən
əvvəl “El Servantino” beynəlxalq festivalı çərçivəsində Meksikanın
Mexiko, Merida, Qvadalaxara və Quanaxuato şəhərlərində konsert
proqramları ilə çıxış ediblər.
Cəvahir
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...