İdman
Füzuli Ələkbərovun federasiyasında maaş qalmaqalı – ÖZƏL
Son vaxtlar Cüdo Federasiyasında axsamaların olması barədə məlumat vermişdik.
İdmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də böyük narazılıqlar yaradıb.
Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub. (http://publika.az/p/48810 )
Publika.az Füzuli Ələkbərovun federasiyası ilə bağlı yeni xəbər əldə edib. Aldığımız məlumata görə, Cüdo Federasiyasında etiraz sədaları baş qaldırıb.
Etirazın səbəbi maaş problemidir. Belə ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşının verilməməsinin səbəbi tam olaraq açıqlanmayıb. Onlara yalnız “bu yaxınlarda veriləcək, bir az səbr edin” deyilib.
İdmançılar da bu duruma etiraz ediblər. Çünki həmin vəziyyət onları həvəsdən salır. Bu da birmənalı olaraq onların məşq keyfiyyətinə təsir edir.
Aldığımız digər məlumata görə, vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Füzuli Ələkbərovun özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu baş tutmayıb.
İndi maaş üzünə həsrət qalan idmançılar problemin tez zamanda həllini tələb edirlər.
Qeyd edək ki, Füzuli Ələkbərov nazir təyin olunduqdan sonra “İmprotex Group” şirkətini həyat yoldaşı İradə Ələkbərovanın adına keçirmişdi. Nəzərə çatdıraq ki, “İmprotex Group”in biznes fəaliyyətinə bir sıra sahələr, o cümlədən bahalı yaxtaların satışı, turizm, ölkəyə sərnişin daşımada istifadə olunan avtobusların gətirilməsi də daxildir.
Aygün İlqarqızı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı