Nida.az
Söyün Sadıqov qalmaqal yaratdı: “Azerros” sədri Putinin təşkilatını tərk etdi
“Azerros”un fəxri sədri Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlər Şurasında qalmaqal yaradıb.
Publika.az xəbər verir ki, şuranın bu gün
keçirilən toplantısının ilk dəqiqələrində söz alan S. Sadıqov
Millətlər Şurasından çıxdığını elan edib. Sadıqov Federal
Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyini sərt ittiham
edib. Buna səbəbsə güc strukturlarının onun rəhbərliyi ilə yanvarın
17-də keçirilən qurultaya müdaxilə etməsi olub.
S. Sadıqovun bu bəyanatından sonra zaldan onun Millətlər Şurasında qalması ilə bağlı replikalar səslənib.
Lakin “Azerros”un fəxri sədri Millətlər Şurasını Azərbaycan
icmasının müdafiəsinə qalxmaq cəsarətinin olmamasında ittiham edib:
“Müdaxilə nəticəsində qurultay yarımçıq qalma həddinə çatdı. Burada
Rusiyanın milli siyasəti üçün məsuliyyət daşıyan məmurların da
fəaliyyətsizliyi rol oynayır”.
Bundan sonra, o, Şuranı tərk edib.
S. Sadıqov daha sonra Rusiya mediasına açıqlamasında Millətlər
Şurasında ona yaxın və dost olan insanların qaldığını deyib: “Lakin
Rusiya azərbaycanlılarının qurultayı ətrafında baş verənlərə
şuranın reaksiya verməməsi, vətəndaş cəmiyyətinin öz hüquqlarını
müdafiə etməyə hazır olmadığını deməyə əsas verir. Mənim gedişim
hər kəsi Rusiya Federasiyasının ictimai həyatında yeri və rolu
barədə düşünməyə vadar edəcək. Mən öz millətimi – azərbaycanlıları
sevirəm. O cümlədən vətənim Rusiyanı sevirəm. Heç kəsin onları ələ
salmasına imkan vermərəm”.
Qeyd edək ki, yanvar ayının 17-də “Azerros”da Sadıqov qruplaşması
növbədənkənar qurultay keçirərək, Abbas Abbasovun adamı olan Asim
Məhərrəmovu postundan uzaqlaşdırıb. Həmçinin Abbasovun sədri olduğu
Ağsaqqallar Şurası da ləğv edilib. Abbasov isə bu qurultayın
nəticələrini tanımayıb. O, mart ayının 6-da “Azerros”un qurultayını
təyin edib. Hazırda “Azerros” Abbasov və Sadıqov qruplaşması olaraq
iki hissəyə ayrılıb. Moskvanın Abbasova dəstək verdiyi deyilir.
Sadıqovun keçirdiyi qurultaya polis müdaxiləsinin də Abbas Abbasov
tərəfindən sifariş olunduğu iddia edilir.
Asif Nərimanlı
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...