Qırmızı.az
Bu küçələrdən keçməyin
Bakının bəzi küçələrində yenə tıxac var.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda ən böyük tıxac Bakı-Sumqayıt şosesi – Avtovağzalın qarşısında müşahidə olunur.
Paytaxtın Həsən Əliyev küçəsi – ASAN xidmətin qarşısında, Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
Sürücülərə alternativ olaraq Bakıxanov və ya Təbriz küçələri ilə hərəkət etmək tövsiyə olunur.
Qeyd edək ki, bu gün Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Səhər saat 7:00-dan Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Fəzail
Bayramov, Sergey Senyuşkin, Ayaz İsmaylov, Sabit Orucov, Natiq
Əliyev, İzzət Orucov, Süleyman Vəzirov və Mehdi Mehdizadə
küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə
məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdirilib.
Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.
Gülnar Əliyeva
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."