Dünya
Avropanın korrupsiya faktlarını açan festival
İspaniyanın Valensiya şəhərində XVIII əsrdən qalan bir ənənə olan “La Fallas” festivalında bu il maraqlı səhnələr olub.
Publika.az xəbər verir ki, cari ildə 1 milyondan artıq insanın
izlədiyi festivalda çilingər və ustaların 1 illik əməyinin məhsulu
olan 770 fərqli fiqurdan ibarət böyük kuklalar şəhərin dörd bir
yanında nümayiş olunduqdan sonra yandırılmaq üçün şəhər mərkəzinə
gətirilib. Festivalda siyasətçilər, son dövrlərdə korrupsiya ilə
bağlı gündəmdə olan şəxslərin fiqurları nümayiş olunub.
İspaniya Kralı VI Filip, baş nazir Mariano Raxoy, müxalif Sosialist İşçi Partiyasının lideri Pedro Sançez, maliyyə naziri Kristobal Montoro kimi bir çox siyasətçi festivalın “qəhramanı” olub. Korrupsiyada günahlandırılan Kral VI Filipin bacısı şahzadə Kristinanın həyat yoldaşı Palma Dükü İnaki Urdanqarinin, sabiq nazirlərdən Jordi Rujol və korrupsiya ilə bağlı həbsə alınan məşhur İspaniya sənətçisi İsabel Panjoyanın da fiqurları böyük maraqla qarşılanıb.
Qeyd edək ki, ötən il İspaniyada 150 korrupsiya faktında 2 mindən çox şübhəlinin adı keçib. Bir çox tanınmış insanların yer aldığı bu siyahıda ən maraq doğuran Kral VI Filipin bacısı şahzadə Kristinadır. O, vergidən yayınma və ictimai fondlardan başqa məqsədlər üçün istifadədə günahlandırılır. Kataloniyanın rəhbəri olan Jordi Pujol 30 il boyunca pullarını xaricdə saxladığını etiraf edib. Korrupsiya istintaqında adı çəkilən 50-yə yaxın şəxsin məhz iqtidardakı Xalq Partiyasından olması xalqın bu partiyaya olan etibarını sarsıdıb.
Asif Nərimanlı
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü