Nailə Mirməmmədli oğluna kimin qızını aldı? - ÖZƏL
Bizi izləyin

Magazin1

Nailə Mirməmmədli oğluna kimin qızını aldı? - ÖZƏL

Tanınmış bəstəkar Nailə Mirməmmədlidən şad xəbər var. Xanım bəstəkar oğlu Cavidanı nişanlayıb, iyunun 1-də isə toy mərasimi baş tutacaq.

Publika.az-ın əldə etdiyi məlumata görə, bəstəkar bu xəbəri hamıdan gizlin saxlayır.

Xəbəri təsdiqləyən Nailə xanım xəbəri gizlin saxlamasına belə aydınlıq gətirib: “Bu, ailəmizə aid olan xeyir işdir, istəmirik jurnalistlər bilsin. Çünki toyun media tərəfindən işıqlandırılmasının əleyhinəyəik. Oğlumun xasiyyəti ağırdır, şəxsi işlərlə gündəmə gəlməyin əleyhinədir. Buna görə də jurnalistlər məndən inciməsinlər”.

Mirməmmədli onu da bildirib ki, gəlinini özü seçib: “Qızı əvvəl özüm bəyəndim, sonra da oğlum. Gəlinim lənkəranlı qızıdır, özü də oğlum kimi ixtisasca mühasibdir. Hazırda Rusiyada İqtisad Universitetində təhsil alır. Sevincimin həddi-hüdudu yoxdur”.

Qeyd edək ki, Nailə Mirməmmədlinin oğlu Cavidan nazirliklərin birində mühasib vəzifəsində çalışır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm