Kikboksinq üzrə möhtəşəm çempionat başa çatdı
Bizi izləyin

İdman

Kikboksinq üzrə möhtəşəm çempionat başa çatdı

Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və Yeniyetmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb.

Publika.az xəbər verir ki, mayın 25-27-si aralığında keçirilən çempionatda medal uğrunda olduqca gərgin və maraqlı anlar yaşanıb. Bütün komandaların idmançılarında yüksək ruh müşahidə edilib. Kikboksinq üzrə 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda “Neftçi” idman klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl, 4 gümüş, 7 bürünc medala sahib olaraq, yarışın kubokuna sahib olub.

AKF-nın vitse-prezidenti Güloğlan Cabbarov “Neftçi” idman klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yeniyetmələr arasında kuboka isə “Qızıl Əlcək” idman klubunun idmançıları sahib olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm