ABŞ
Tramp kəşfiyyat şefini gizli səfərə göndərdi – DETALLAR
ABŞ-ın dövlət katibi postuna namizəd və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) gizli səfər edib.
Publika.az xəbər verir ki, bu haqda iki məlumatlı mənbəyə istinadən “Vaşinqton Post” qəzeti bildirib.
Nəşr yazır ki, səfər Pasxa ilə bağlı istirahət günlərində reallaşıb. Səfər ABŞ-ın prezidenti Donald Trampla Kim Çen Inın birbaşa danışıqlarına hazırlığın bir hissəsi olub. Qəzet qeyd edir ki, bu, 2000-ci ildən sonra iki ölkə arasında ən yüksək səviyyəli səfər hesab olunur. Həmin il ABŞ-ın dövlət katibi Madlen Olbrayt və Şimali Koreya lideri Kim Çen İr arasında birbaşa danışıqlar keçirilmişdi.
Qəzet bildirir ki, MKİ və Ağ Ev, həmçinin KXDR hökuməti Maykl Pompeonun Kim Çen Inla görüşü haqqında informasiyanı şərh etməkdən imtina ediblər.
Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Daha əvvəl yayılan xəbərə görə, görüşün mayın sonunda keçirilməsi planlaşdırılır. ABŞ prezidenti sonradan bildirib ki, Şimali Koreyanın lideri ilə görüş üçün beş mümkün ölkə nəzərdən keçirilir. O deyib ki, “əgər işlər yaxşı gedərsə”, görüş iyunun əvvəlində ola bilər. Prezident həmçinin qeyd edib ki, dövlət liderlərinin görüşünə hazırlıq üzrədanışıqları “ən yüksək səviyyədə” gedir.
Ömər Dağlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO