Məktəb yaxınlığında silahlı insident: 17 yaşlı şagird güllələndi
Bizi izləyin

ABŞ

Məktəb yaxınlığında silahlı insident: 17 yaşlı şagird güllələndi

Vaşinqtonda orta məktəb yaxınlığında silahlı insident baş verib.

Publika.az bu barədə yerli polis idarəsinin sosial şəbəkədə paylaşdığı məlumata əsasən xəbər verir ki, məktəb yaxınlığında atəş açılıb, güllə qız şagirdə tuş gəlib. 17 yaşlı şagird xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin silsilə atəş səsləri eşitdikləri bildirilir. İlkin fərziyyəyə görə, bir neçə nəfər arasında atışma olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm