ABŞ
“Rusiyaya hücum edək!” – Senatordan TƏKLİF
ABŞ hakimiyyəti 2016-cı ildə Amerikada prezident seçkilərinə Rusiyanın müdaxiləsinə cavab ölçüsü kimi Rusiyaya qarşı kiberhücum imkanına ciddi baxmalıdır.
Publika.az “Defence News” nəşrinə istinadən xəbər verir ki, belə ideya ilə ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin başçısı Con Makkeyn çıxış edib.
İdeya Makkeynin mayın 22-də çapa hazırlanan kitabında yer alıb.
Makkeyn Rusiyaya qarşı sanksiyalar siyahısının genişlənməsini “düzgün istiqamətdə addım” adlandırıb. “Sakitləşməyən dalğa” kitabında senator əlavə olaraq təklif edir ki, Vaşinqton Amerikanın demokratik institutlarının fəaliyyətini pozmaq cəhdlərinə qarşı cavab addımları kimi yalnız sanksiyaları düşünməməlidir. Senatorun fikrincə, kiberhücum Moskva üçün yaxşı siqnal ola bilərdi.
Nəşrin məlumatına görə, 81 yaşlı Makkeyn kitabda ABŞ-ın xarici siyasətinin güc mövqeyindən həyata keçirilməsini dəstəkləyir. Respublikaçı Moskva və Rusiya prezidenti Vladimir Putin barəsində “sülhsevər ton” yaratdığına görə ABŞ prezidenti Donald Trampı tənqid edir. Həmçinin senator Rusiya hakimiyyətinin Trampla bağlı hansısa dəlilə malik olduğunu istisna etmir. Makkeyn belə qənaətə ona görə gəlib ki, Amerika prezidenti Rusiya barəsində “qəddarlıq” nümayiş etdirə bilmir.
Asif
-
MDB08:48
Rusiyada hərbi helikopter qəzası - Ekipaj üzvləri ÖLDÜ
-
Magazin108:24
Xalq artisti o görüntülərdən danışdı: "Ətrafımda elə adamlar olur ki..."
-
Region08:00
Türkiyədən nadir kadrlar: "Meşənin kabusu" dron kamerasına düşdü
-
Ekologiya07:17
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi - Yanvarın 5-də...
-
Magazin106:16
"Bəzi valideynlərin özünə tərbiyə vermək lazımdır"
-
Kriminal04:14
“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış" - Ağcabədidə namus üstündə qətl
-
Magazin101:11
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - VİDEO
-
Hadisə00:45
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO