Trampdan Rusiyaya görə sabiq məmurlara QADAĞA
Bizi izləyin

ABŞ

Trampdan Rusiyaya görə sabiq məmurlara QADAĞA

ABŞ prezidenti Donald Tramp onu Rusiya ilə əlaqələrdə ittiham etmiş sabiq məmurları məxfi məlumatlara girişdən məhrum etmək niyyətindədir.

Publika.az “Röyters” agentliyinə xəbər verir ki, bu haqda ABŞ prezidentinin mətbuat katibi Sara Sanders jurnalistlərinə bildirib.

Mətbuat katibi konkret şəxslərin adlarını çəkib. Bunlar FTB-nin sabiq direktoru Ceyms Komi, MKİ-nin sabiq direktoru Con Brennan, MKİ-nin bir başqa keçmiş rəhbəri, həmçinin Milli Təhlükəsizlik Agentliyinin sabiq başçısı Maykl Xeyden, ABŞ-ın milli kəşfiyyatının sabiq direktoru Ceyms Klepper, keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Süzan Rays, FTB-nin sabiq direktor müavini Endrü Makkeyb və digərləridir.

Sandersin sözlərinə görə, onların məxfi məlumatlara girişinin olması heç bir təsdiqi olmayan ittihamlara əsassız əminlik yaradır.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və prezident Trampın Rusiya ilə güman edilən əlaqələr müstəqil xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin kəşfiyyat üzrə komitələri və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm