Putin bu addımları atmasa... – ABŞ-dan TƏHDİD
Bizi izləyin

ABŞ

Putin bu addımları atmasa... – ABŞ-dan TƏHDİD

Moskva öz xarici siyasət kursunu dəyişmədiyi müddətdə, Amerika hökuməti Rusiya barəsində birtərəfli sanksiyalar rejimini ardıcıllıqla kəskinləşdirmək niyyətindədir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Senatının xarici işlərüzrə komitəsində keçirilən dinləmələrdə çıxış edən dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçell bildirib.

“Rusiyanın təcavüzü ilə əlaqədar görünməmiş cəza ölçüləri tətbiq edərək, biz çatdırırıq ki, Rusiya prezidenti Vladimir Putin etibara səbəb olan konstruktiv addımlar atmağa qərar verərsə, dialoq üçün qapı açıqdır. Biz iki ölkənin gücləri arasında toqquşmalardan qaçmaq üçün Suriyada deeskalasiya kanallarını yaratdıq. Rusiyanın Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirə bilməsi üçün Ukraynada Kurt Volkerlə səylərə təşəbbüs edirik”, - o deyib.

Onun sözlərinə görə, bütün bu məsələlərdə növbəti addımı ABŞ deyil, Rusiya atmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm