Baydenin təcavüz etdiyi keçmiş köməkçisi görün nələr danışdı
Bizi izləyin

ABŞ

Baydenin təcavüz etdiyi keçmiş köməkçisi görün nələr danışdı

Jurnalist Taker Karlson təxminən 30 il əvvəl Co Bayden tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edən keçmiş Senatın əməkdaşı Tara Rid ilə müsahibə edib.

Publika.az xəbər verir ki, jurnalistin "X" sosial şəbəkə səhifəsində dərc olunan müsahibə Karlson Moskvada olarkən hazırlanıb.

Rid jurnalistə təhlükəsizlik səbəbi ilə ABŞ-ı tərk etmək məcburiyyətində qaldığını deyib. O, hazırda Rusiyada yaşadığını qeyd edərək, “ailəmi və məni təhdid etdilər, onların zərər görməsini istəmədim” deyib.

Rid qeyd edib ki, Bayden tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia etdikdən sonra ABŞ səlahiyyətlilərindən araşdırma aparmağı xahiş edib, lakin "onların tək etdikləri mənim haqqımda yazılan media xəbərləri üçün pul ödəmək idi".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm