ABŞ
Tramp Baydeni DEBATA ÇAĞIRDI: "Co, gəl mübahisə edək"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı lider Co Baydeni Ağ Evdə debat keçirməyə dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yayımlanan videomüraciətində məlumat verib.
Tramp görüşün Vaşinqtonda, Ağ Evdə və ya Nyu Yorkda keçirilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu, radikal solçu faşistlərdən Trampa qarşı seçkiyə müdaxiləni dayandırmağı tələb edir.
Keçmiş Amerika lideri əlavə edib ki, debat zamanı Baydenlə miqrantlar problemi, iqtisadiyyatın tənəzzülü, inflyasiya və enerji xərclərini müzakirə etmək istərdi.
“Hər zaman, hər yerdə, hər məkanda. Gəl, Co. Gəl mübahisə edək!" – Tramp çağırış edib.
Bayden daha əvvəl Trampı ABŞ-da demokratiya üçün ən böyük təhlükə adlandırmışdı. O, əlavə edib ki, heç vaxt ABŞ-ın gələcəyi ilə bağlı indiki qədər optimist olmayıb.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp və Co Bayden bu vəzifəyə əsas namizədlər hesab edilir.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT
-
Sosial18:00
Əli Əsədov qərarlar imzaladı
-
Dünya17:22
Prokuror Netanyahunun həbsini tələb etdi
-
Rəsmi xronika16:56
İlham Əliyev sərəncam imzaladı
-
Pul16:43
Nazir lirənin son vəziyyətini açıqladı: Ucuzlaşma prosesi...
-
Rəsmi xronika15:36
Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident