ABŞ
Feysbuk baş nazirin oğlunu bloka atdı - ŞOK SƏBƏB
Amerikanın Feysbuk sosial media şirkəti İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun hesabını bloklayıb.
Publika.az xəbər verir ki, buna səbəb 27 yaşlı Netanyahunun öldürülən iki İsrail əsgərinin intiqamının fələstinlilərdən alınmasına və müsəlmanların Fələstin torpaqlarını tərk etməsinə dair etdiyi paylaşım olub.
“1964-cü ildən bəri (Fələstin Qurtuluş Təşkilatının qurulma tarixi-red.) özlərini fələstinli kimi təqdim edən bu insan obrazındakı canavarlarla sülh olmaz. Harda heç terror hücumları olmur, bilirsinizmi? İslandiya və Yaponiyada. Nə təsadüf ki, orada heç müsəlman toplumu yoxdur”-, Yari paylaşımında qeyd edib.
“BBC Türkcə”nin xəbərinə görə, Yair Netanyahu Tvitterdə daha bir post paylaşaraq Feysbuku fikir polisi olmaqda ittiham edib:
“Feysbukdakı radikal yenilikçilər mənə də gəlib çatdı. Həmasın, Hizbullahın və İran rejiminin də feysbuk hesabı var. Burada daim İsrailin məhv edilməsi və yəhudilərin öldürülməsi çağırışları edilir. Mənə və ailəmə minlərlə təhdid yağdırılır. Ancaq nədənsə, bu mesajlar Feysbukun ictimai qaydalarını pozmur”.
Zümrüd
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...