ABŞ Konqresi rəsmi şəkildə işinə başlayır - Senatorlar "Quran"a əl basacaq - - FOTO
Bizi izləyin

ABŞ

ABŞ Konqresi rəsmi şəkildə işinə başlayır - Senatorlar "Quran"a əl basacaq - - FOTO

Bu gün yeni ABŞ Konqresi rəsmi şəkildə işinə başlayır.

Publika.az xəbər verir ki, ötən ilin 6 noyabr tarixində keçirilən aralıq seçkilərində qalib gələn Nümayəndələr Palatası və Senat üzvləri bu gün Konqresdə and içəcək.

İçərisində müsəlmanların olduğu senatorlar bugünkü andiçmə mərasimindən sonra Konqresin 116-cı dönəmindəki vəzifələrinə rəsmi şəkildə start verəcək.

Mərasimin ilk mərhələsində Nümayəndələr Palatasının sədri müəyyən olunacaq. Mərasimdə 400 senator iştirak edəcək. Bunların arasında Miçiqan ştatından Nümayəndələr Palatasına seçilən Fələstin əsilli müsəlman Rəşidə Tlaib və Minnesota ştatından senator seçilən Somali əsilli müsəlman İlhan Omar da var.

ABŞ mediasında yer alan xəbərə görə, müsəlmanlar Amerikanın qurucularından olan Tomas Ceffersonun 1734-cü ildə ingilis dilinə tərcümə edilən “Qurani-Kərim” kitabına əl basaraq and içəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm