• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

ABŞ-dan İrana yeni ZƏRBƏ: bu dəfə alim və sənətçilər qurban oldu

  • ABŞ
  • 14 Fevral 2019 10:17
  • 511 Baxış
ABŞ-dan İrana yeni ZƏRBƏ: bu dəfə alim və sənətçilər qurban oldu

ABŞ İrana yeni sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Vətəndaşlara Nəzarət Ofisi (OFAC) “New Horizons” (Yeni Üfüqlər) olaraq tanınan “Müstəqil Ailmlər və Sənətçilər İnstitutu” qeyri-hökumət təşkilatını və təşkilatın 4 üzvünü sanksiya siyahısına əlavə edib.

Ofisdən verilən yazılı açıqlamada mərkəzi Tehranda yerləşən təşkilatın İran İnqilab Keşikçilərinin kəşfiyyat və fəaliyyətinə dəstək vermək məqsədilə beynəlxalq konfranslar təşkil etdiyi iddia edilib. Buna görə də sanksiya tətbiq edilib. Açıqlamada mərkəzi İranda yerləşən “Net Peygard Samavat” şirkəti və bu şirkətlə bağlı olan 6 nəfərin ABŞ kəşfiyyatı və ordusunun sabiq və hazırkı işçilərinə qarşı kiber-hücum təşkil etdiyi üçün sanksiya siyahısına salınıb.

Maliyyə naziri Stiven Manç sanksiyalarla bağlı “nazirlik İranın pis niyyətli kiber-hücumçuları, ölkə daxilində və xaricindəki amerikalıları hədəf alan gizli əməliyyatları ilə mübarizə aparmaq üçün hərəkətə keçib” ifadələrini işlədib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR