Trampa ŞOK: 14 ölkə ABŞ-a qarşı birləşdi
Bizi izləyin

ABŞ

Trampa ŞOK: 14 ölkə ABŞ-a qarşı birləşdi

BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərində suverenliyini tanıması qərarı ilə əlaqədar Suriyanın tələbiylə təcili toplanıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, keçirilən səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü ABŞ-a qarşı çıxaraq Qolan təpələrinin İsrail torpağı olmadığını bildiriblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi İsrailin nazir İsrail Benyamin Netanyahu ilə görüşün gedişatında İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması haqqında bəyannaməni imzalayıb.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, BMT Təhlükəsizlik Şurasından yan keçərək Qolan təpələrinin statusunun dəyişdirilməsi BMT qərarlarının birbaşa pozulmasıdır.

Xatırladaq ki, İsrail 1967-ci ildə “altıgünlük müharibə”nin gedişatında Suriyaya məxsus Qolan təpələrini işğal edib və 1981-ci ildə ərazini birtərəfli qaydada zəbt edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm